Ruslan 32-ci oldu
ESTAFET/ Hindistanın Nyu Dehli şəhərində 61 ölkədən 502 idmançı mübarizə apardığı güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Azərbaycan millisinin üzvü Ruslan Lunyov yarışların ikinci günündə mübarizəyə qoşulub.
Təmsilçimiz 10 m məsafəyə atəşaçmada 32-ci yeri tutub. O, ikinci cəhdində 25 m məsafəyə atəşaçmada dəqiqliyini yoxlayacaq.