Ziyad Zeynalov və Nəsir Həsənov Avropa çempionatında 5-ci oldu
ESTAFET/ Bu gün Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.
Qitə birinciliyinin ilk günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Ziyad Zeynalov (55 kq) ilk mərhələdə Gürcüstan, Mikayıl Rəhmanov (63 kq) Türkiyə, Nəzərşah Fətullayev (87 kq) İsveç, Sərxan Məmmədov (130 kq) isə Almaniya təmsilçisinə məğlub olub. Yalnız Nəsir Həsənov (77 kq) ilk görüşdə qələbə qazanıb. Yığma üzvü debütdə Bolqarıstan güləşçisinə qalib gəlib. Həmyerlimiz daha sonra Norveç idmançısını məğlub edib. Ancaq 1/4 finalda Rusiya təmsilçisi ilə bacarmayıb.
Zeynalov və Nəsirovun uduzduğu rəqiblər finala yüksəldiyi üçün güləşçilərimiz martın 5-də təsəlliverici görüşə çıxıb. Zeynalov gündüz seansında ukraynalı rəqibinə heç bir şans tanımayıb və bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Həsənov da öz növbəsində Rumıniya güləşçisinə rahat qalib gəlib və bürünc medal üçün mübarizə aparmaq hüququ əldə edib.
Ziyad son görüşdə Rusiya idmançısına müqavimət göstərə bilməyib. Nəsir isə gürcü rəqibiylə bacarmayıb.
55 kq
Bürünc medal görüşü - Ziyad Zeynalov - Viktor Vedernikov (RUS) 2:11
Təsəlliverici görüş - Ziyad Zeynalov - Vladislav Kostelov (UKR) 8:0
Təsnifat - Ziyad Zeynalov - Nuqzari Tsurtsumia (GEO) 2:5
63 kq
1/8 final - Mikayıl Rəhmanov - Abdullah Toprak (TUR) 2:3
77 kq
Bürünc medal görüşü - Nəsir Həsənov - Beka Mamukaşvili (GEO) 0:3
Təsəlliverici görüş - Nəsir Həsənov - George Vlad Mariea (ROU) 8:0
1/4 final - Nəsir Həsənov - İslam Opiev (RUS) 1:5
1/8 final - Nəsir Həsənov - Per Anders Kure (NOR) 5:1
Təsnifat - Nəsir Həsənov - Zahari Rosenov Zaşev (BUL) 4:1
87 kq
Təsnifat - Nəzərşah Fətullayev - Aleksandr Georgiye Stepanetiç (SWE) 3:7
130 kq
Təsnifat - Sərxan Məmmədov - Frants Rixter (GER) 4:6