Dünya Kubokunun püşkatma mərasimi keçirilib

ESTAFET/ Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətləri rəhbərləri və nümayəndələrinin görüşü keçirilib.

Görüş zamanı Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib. O əlavə edib ki, bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra 14-17 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçiriləcək və 41 ölkədən gimnastların çıxış edəcəyi kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun püşkatma mərasimi keçirilib. 

Müəllif: Orxan NOVRUZOV