Yana Batırşina Bakıda baş tutacaq Dünya Çempionatının səfiri seçildi

ESTAFET/ Məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina bu ilin 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə Dünya Çempionatının səfiri elan olunub.

Batırşinanın namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.

Çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta) Dünya Çempionatının təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bu proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.

Gimnast karyerasını bitirdikdən sonra Yana, televiziyada çalışmağa başlayıb. 2000-ci ildən etibarən, o Rusiyanın müxtəlif kanallarında bir sıra verilişlərin aparıcısı olub. Batırşina Rusiyanın 1-ci kanalında gənclər üçün populyar “До 16 и старше” proqramında aparıcılıq edib. 2001-ci ildə növbəti iki il idman xəbərlərini aparmaq üçün “Столица” kanalına keçir. Burada o “Спорт” telekanalının əməkdaşları tərəfindən diqqət çəkir və həmin kanalda işləməyə başlayır. Batırşina bu idman kanalında 2012-ci ilə qədər çalışır.

Bu layihə ilə yanaşı Yana, digər layihələrdə də görünməyə başlayır. Misal üçün, 2002-ci ildə izləyicilər Yananı “Fort Boyard” adlı TV şouda görürlər, 2 il sonra isə keçmiş idmançı “Народный артист” musiqi şousunda aparıcı qismində çıxış edir.

2013-2016-cı illərdə «Карусель» uşaq telekanalında “Один против всех” proqramının aparacılığını edir. 2014-cü ildə Qış Olimpiya Oyunları (Vankuver) zamanı Batırşina “Спорт Плюс” kanalının xüsusi Olimpiya kanalında görünür.

Yana “Parni iz Baku” (Bakılı oğlanlar) Şən və Hazırcavablar Klubunun sabiq üzvü, NTV kanalının baş prodüseri Timur Vaynşteyn ilə ailəlidir. Onların Maryam və Ayla adında iki qızı və ötən ilin fevralında doğulmuş Leonid adlı bir oğulları var. 

Müəllif: Məsim MƏSİMZADƏ