"Xorvatiya qalib gəlməlidi, bu, birmənalıdı": Slaven Biliç
ESTAFET/ Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi matçda həmvətənlərindən yalnız qələbə gözləyir. Təcrübəli mütəxəssis xorvatların startda mütləq 3 xal qazanmalı olduğunu açıqlayıb: "Xorvatiya qalib gəlməlidi, bu, birmənalıdı. Komandamız üçün vacib olan bir sıra yeni futbolçumuz var. Ancaq unutmamalıyıq ki, məsələn, Almaniya, Fransa və ya İtaliya kimi böyük ehtiyat qüvvəmiz yoxdu. Çətin vəziyyətdəyik. Amma ümid edirəm ki, baş məşqçi doğru həll yolunu tapacaq".
Xorvatlar millimizlə martın 21-də Zaqrebin "Maksimir" stadionunda qarşılaşacaq.
Qeyd edək ki, millimizin baş məşqçisi postunda debüt edəcək xorvat Nikola Yurçeviç uzun illər Biliçin millidə və bir sıra klublarda köməkçisi olub.
Mənbə: Sport24