Tyaqo Silva Fransa vətəndaşı oldu
ESTAFET/ PSJ-nin müdafiəçisi Tyaqo Silva Fransa vətəndaşlığı alıb. Bu barədə braziliyalı futbolçu sosial şəbəkə hesabından məlumat yayıb.
Silva, həyat yoldaşı və uşaqlarıyla birlikdə Fransa vətəndaşlığını aldıqlarını bildirib.
2012-ci ildən PSJ-də forma geyinən Silvanın Paris təmsilçisiylə 2020-ci ilin yayına qədər müqaviləsi var.