"Böyük həzz aldım və...": Bottas

ESTAFET/ "Mercedes"in fin pilotu Valtteri Bottas Formula 1 üzrə dünya çempionatında movsümün ilk yürüşü olan Avstraliya Qran Prisində inamlı qələbə qazanıb. Bu onun karyerasında 4-cü qələbə olub. O həmçinin yürüşün yekununa görə 26 xal qazanmış ilk pilot kimi də tarixə düşüb. 

Qələbəsindən sonra Bottas aşağıdakı fikirləri bölüşüb: 

"Deməyə sözüm yoxdur! Start çox yaxşı oldu və bu yürüşü mən birmənalı olaraq karyeramın ən yaxşısı adlandıra bilərəm. Bilmirən necə alındı, lakin hiss edtim ki, hər şey əla gedir və vəziyyətə tam nəzarət edirəm. Maşın sadəcə çox gözəl işlədi.

Böyük həzz aldım və qələbəni necə lazımdır qeyd etməyə hazırlaşıram. Başa düşürdüm ki, bu il yenilik var - ən yaxşı dövrəyə görə əlavə xal. Sürətim əla olduğu üçün bu xalı qazanmağı qərarlaşdırdım. Köhnə təkərlərlə bunu etmək riskli idi, amma buna dəydi. İndi çox məmnunam və artıq növbəti yürüşü gözləyirəm."

Müəllif: Natiq NƏSİROV