10-cu "Baku Open" beynəlxalq karate turniri başa çatıb

ESTAFET/ 14-17 mart tarixlərində Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində 10-cu "Baku Open" Beynəlxalq Karate Turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nzairliyi ilə birgə təşkil edtiyi yarış, həmçinin federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunub.

Uşaqlar, Yeniyetmələr, Gənclər, Böyüklər və Veteranlar arasında yubiley turnirində 14 ölkədən ölkədən 1056 karateçi mübarizə aparıb. Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) rəsmiləri və mütəxəssislər, eləcə də bir neçə ölkədən beynəlxalq hakimlər, turnirin yüksək səviyyədə təşkil edilməsində birgə iştirak edib.

Fərdi kata və kumite üzrə yarışın ilk günü böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparıblar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxıb. 16 martda 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-11 yaşadək uşaqlar döyüşüb.

15 martda yubiley turnirinin təntənəli açılış mərasimi keçirilib. Yarışdan bir gün əvvəl, 13 martda isə WKF-in Hakimlər komitəsinin üzvü və EKF-in Hakimlər komitəsinin sədri Alois Viesboek-in (Avstriya) rəhbərliyi ilə beynəlxalq seminar keçirilib. 

Müəllif: Bəhruz MƏMMƏDOV