İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər
ESTAFET/ Ötən həftəsonu, Dohada (Qətər) İdman gimnastikası üzrə Dünya Kuboku keçirilib. Tokio Olimpiya Oyunlarına təsnifat xarakterli ilin sonuncu kubokunda Azərbaycanın qadın və kişi təmsilçiləri də mübarizə aparıblar.
Gimnastlarımızdan ən yaxşı nəticə isə qadın idmançımız Marina Nekrasovaya aid olub. Belə ki, dayaqlı tullanma hərəkətlərində Marina 6-cı yerdən finala vəsiqə qazanıb. Yekun mərhələdə isə hakimlərdən 13.216 xal alan gimnastımız, yarışları 8-cı yerdə başa vurub.