“Böyük İpək Yolu”: İlk gündə 14 döyüş keçirilib

ESTAFET/ Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın ilk günündə 5 çəki dərəcəsi üzrə 14 döyüş keçirilib.

Bu qarşılaşmalardan 6-da Azərbaycan yığmasının üzvləri gücünü yoxlayıb. Təmsilçilərimizdən 3-ü ilkin mərhələni qələbə ilə başa vurublar.

Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər. 117 idmançının qatıldığı “Böyük İpək Yolu”nun final görüşləri aprelin 1-də olacaq.
Azərbaycan yığması yarışa geniş tərkibli heyətlə qatılıb. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçuya şans verəcək. Yığmadan əlavə, ölkəmizin bir neçə klubunun üzvləri də medallar uğrunda mübarizə aparır.

52 kq
Foziljon Abdumuradov (Özbəkistan) – Mirmehdi Mehdizadə (Azərbaycan) – 5:0
Əli Nasir Muntadher (İraq) – Abay Kuandikov (Qaxaxıstan) – 0:5
Axtyom Zakirov (Rusiya) – Həsənboy Dusmatov (Özbəkistan) – 1:4

60 kq
Murojon Sirojev (Azərbaycan, klub) – Kaqir Minatullayev (Rusiya) – 0:5

64 kq
Bəxtiyar Qazıbəyov (Azərbaycan) – Sabirxan Bekbergenov (Qazaxıstan) – 2:3
Alişa Şərifov (Rusiya) – Teymur Əliyev (Azərbaycan, klub) – birinci tam üstünlüklə qalib gəlib
Nəbi İsgəndərov (Azərbaycan) – Elman Mahmudov (Azərbaycan, klub) – 5:0
Doğan Hakan (Türkiyə) – Almasbek Alibekov (Qazaxıstan) – 1:4
Aliyor Nurəliyev (Özbəkistan) – Elnur Əliyev (Azərbaycan) – 3:2

81 kq
Alfonso Dominqes (Azərbaycan) – Nurlan Sabirov (Qazaxıstan) – 5:0
Dilşodbek Ruzmetov (Özbəkistan) – Andrey Kovalçuk (Rusiya) – 3:2
Nuryağdı Nuryağdıyev (Türkmənistan) – Cəbrayıl Yelekov (Azərbaycan) – 2:3

+91 kq
Demur Maçaraşvili (Gürcüstan) – Məhəmməd Saadi Tariq (İraq) – 5:0
Şiqabudin Əliyev (Rusiya) – Mətin Mehrəliyev – birinci tam üstünlüklə qalib gəlib 

Müəllif: Natiq NƏSİROV