Tellur Mütəllimov “50”yə çatdı
ESTAFET/ “Zirə”nin futbolçusu Tellur Mütəllimov klubun heyətində 50-ci oyununu keçirib. 24 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Topaz Premyer Liqasının 23-cü turuna təsadüf edib. O, “Neftçi” ilə qarşılaşmaya (2:4) start heyətində çıxaraq “100”ü yarılayıb.
2015/16 mövsümünün qış fasiləsində “Qartallar”a qoşulan Tellur həmin il 15 çempionat və 2 kubok görüşündə meydana çıxıb. 2018-ci ilin qışında yenidən komandaya dönən yarımmüdafiəçi Premyer Liqada 21 matçın iştirakçısı olub. Mütəllimov cari mövsümdə 20 çempionat və 2 kubok görüşündə də şans qazanıb. Ümumilikdə Premyer Liqada 46, kubokda 4 dəfə meydana çıxan futbolçu vurduğu üç qola çempionat görüşlərində imza atıb.
Qeyd edək ki, Tellur “Zirə”də 50 və daha çox oyun keçirən 12-ci futbolçudu.