Azərbaycan karateçiləri mötəbər yarışlarda

ESTAFET/ Bu ilin yayında Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunlarına və payızda Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ANOC Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

21-30 iyun tarixlərində 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı yarışda 6 karateçimiz iştirak edəcək. Kumite turnirində Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq), kata yarışlarında isə Roman Heydərov təmsil edəcək. 2-ci Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Son Avropa üçüncüsü Roman Heydərovun nəticəsi ona həm də ANOC Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil etmək imkanı yaradıb. San Dieqoda 9-15 oktyabr tarixlərində mötəbər yarışın karate tirniri isə 10-11 oktyabrda keçiriləcək.  

Müəllif: Natiq NƏSİROV