Turun ən yaxşı oyunçusu Almeyda oldu

ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXIV turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydadır. Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Riçard Almeyda turun ən yaxşı indeksə malik futbolçusudur. 

Müəllif: Orxan NOVRUZOV