Şevçenko "Neftçi"nin qonağı oldu
ESTAFET/ "Neftçi”nin ən tanınmış yetirmələrindən Vitali Şevçenko bu gün qonağımız olub. 67 yaşlı sabiq hücumçu ilə görüşdə "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və ümumittifaq dərəcəli hakim, veteran futbolçu Rüstəm Rəhimov iştirak edib. Keçmiş xatirələr yada salınıb, komandanın indiki durumu və gələcək planları müzakirə olunub. Xatirə olaraq Vitali Şevçenkoya "Neftçi”nin forması hədiyyə edilib.
Qeyd edək ki, 1951-ci ildə Bakıda dünyaya göz açmış Şevçenko 1968-1971-ci illər ərzində "Neftçi”nin heyətində 90 oyun keçirib, 22 qol vurub. 1971-ci il mövsümündə SSRİ çempionatının "33 ən yaxşı oyunçu”su sırasına düşüb. "Dinamo” (Kiyev), "Çernomorets” (Odessa), "Lokomotiv” (Moskva) klublarında da oynamış hücumçu "Neftçi”də çıxış edərkən SSRİ yığmasına cəlb edilib və 1970-1972-ci illərdə bu komandanın heyətində 13 oyunda 4 qol vurub. 1975-ci ildə Kiyev "Dinamo”sunun heyətində SSRİ çempionatının, UEFA Kuboklar Kubokunun və UEFA Superkubokunun qalibi olub. O, baş məşqçi kimi Rusiya və Ukrayna komandalarından başqa, Boliviyanın "Bolivar”, İsrailin "Hapoel” (Beer-Şeva) və "İroni” klublarını çalışdırıb.