İki ildən sonra yenə yarımfinalda

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunda mövsümün ilk qolsuz oyunu baş tutub. Yarımfinalın ilk görüşləri çərçivəsində baş tutan “Sumqayıt” – “Zirə” matçı 0:0 hesabı ilə nəticələnib. Bu qarşılaşmayadək keçirilən 13 oyunun hamısında qol qeydə alınıb.

Ötən – 2017/18 mövsümündə də 0:0 hesabı qeydə alınmamışdı. Sonuncu dəfə belə hesaba 2016/17 mövsümündə, indiki kimi yarımfinalda təsadüf olunub. “Qarabağ”la “Neftçi” arasında cavab oyununda qapılara qol vurulmayıb. 2017-ci il aprelin 5-də baş tutan həmin matçdan 748 gün sonra kubok görüşü qolsuz yekunlaşıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV