"Krılya Sovetov"dan Ramil Şeydayevə yeni müqavilə təklifi

ESTAFET/ "Krılya Sovetov" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə yeni müqavilə təklif etməyə hazırlaşır. Samara təmsilçisinin müqaviləsinin müddətini uzatmaq istədiyi üç futbolçu arasında 23 yaşlı hücumçu da var. "Krılya Sovetov"un saxlamaq istədiyi digər futbolçular isə Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov və hücumçu Maksim Kanunnikovdur.

 

Bu xəbərləri şərh edən klubun nümayəndəsi Aleksandr Şikunov hazırda əsas diqqətlərini Premyer Liqada qalmağa yönəltdiklərini bildirib. O, turnir bitdikdən sonra futbolçularla bağlı məsələləri müzakirə edəcəklərini söyləyib.

 

Qeyd edək ki, Şeydayevin samaralılarla müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır. 

Mənbə: Sport24

Müəllif: Estafet.az