Federasiya prezidenti yubiley tədbirində iştirak edib

ESTAFET/ Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.
Y.Bəşirov çıxışında artıq bir neçə ildir ki, Albert Aqarunovun xatirəsinə beynəlxalq karate turnirinin təşkil edildiyini və belə qəhrəmanlarımızın gənc nəslə nümunə olduğunu söyləyib.
Tədbirdə Albert Aqarunovun döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimov, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində və ölkəmizdə tolerantlığın təbliğində fəal iştirakına görə Yaşar Bəşirovu Milli Qəhrəmanın adına Fəxri Fərmanla təltif edib.
