Naxçıvanda karate üzrə beynəlxalq turnir keçiriləcək

ESTAFET/ 4-5 may tarixlərində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Heydər Əliyev Kuboku uğrunda "Nakhchivan Open" beynəlxalq karate-do tirniri keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak edəcək.

İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində açıq beynəlxalq yarışda 10-dək ölkədən idmançıların iştirakı gözlənilir. 

Müəllif: Bəhruz MƏMMƏDOV