Badmintonçumuz II mərhələdə dayandı

ESTAFET/ Badminton üzrə milli komandamızın üzvləri Cahid Əlhəsənov və Səbuhi Hüseynov Yunanıstanın Saloniki şəhərində keçirilən "Future" seriyalı "Hellas International 2019" turnirində çıxış edib.
Badmintonçularımız mübarizəyə təsnifat mərhələsindən qoşulub. Cahid Əlhəsənov kişilərin şəxsi yarışında ilk görüşündə Kipr badmintonçusu Andreas İoannunu 2:1 (21-15,15-21,21-12) hesabı ilə məğlub edib. Cahid növbəti mərhələdə Türkiyə idmançısı Yusuf Yaşarla qarşılaşıb. 3 set davam edən qarşılaşmanın yekununda 1:2 (20-22,21-15,12-21) hesabı ilə uduzub.
Təsnifat mərhələsi çərçivəsində ilk görüşünü yunanıstanlı George Qalvasa qarşı keçirən Səbuhi Hüseynov isə rəqibinə 1:2 (21-23,21-8,15-21) hesabı ilə məğlub olub.
