Bakıda paracüdo üzrə beynəlxalq Qran-pri turnirinə start verilib

ESTAFET/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-pri yarışlarına start verilib.
Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub.
Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız bacarığını nümayiş etdirəcək.
Beynəlxajq yarışın ilk günündə kişilər 60, 66, 73, 81, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.
“Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları verən Qran-pri yarışına mayın 14-də yekun vurulacaq.
