Herçaqani 2-ci dəfə Dünya çempionu oldu

ESTAFET/ İngiltərənin Mançester şəhərində taekvondo üzrə böyüklər arasında dünya çempionatı keçirilir. Yarışın növbəti günündə Azərbaycan millisi qızıl medal qazanıb.

Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yarışan Milad Beigi Harçeqani final görüşünə çıxıb. Yarımfinalda Cənubi Koreya idmançısını məğlub edən təmsilçimiz həlledici görüşdə yunanıstanlı Apostolos Telikostogluya qalib gəlib.

Rəqibini 22:12 hesabı ilə üstələyən Harçeqani ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV