Mamadu Kane milli komandaya qoşulub
ESTAFET/ "Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub. 22 yaşlı futbolçu iyunun 6-dək yığmanın təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən "Neftçi”nin heyətində 9 oyun keçirib.