Qadın sablyaçılarımız "Moscow saber" turnirində iştirak edib

ESTAFET/ Rusiyanın paytaxtı Moskvada sablya üzrə “Moscow Saber” Qran-Pri yarışına yekun vurulub.

Şəxsi xarakter daşıyan turnirdə qadınlardan ibarət sablya üzrə yığma komandamızın üzvləri də iştirak edib. Sablyaçılarımızdan ən yaxşı nəticə Səbinə Kərimovaya məxsusdur. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Səbinə pley-offda keçirdiyi ilk görüşdə ABŞ idmançısı Çloe Fox-Gitomerə 15:11 hesabı ilə qalib gəlib. Kərimova ardınca Çin təmsilçisi Henqyu Yanqı 15:13 hesabı ilə məğlub edib.Səbinə 1/16 finalda adıçəkilən ölkəni təmsil edən digər sablyaçı Jiauri Qiana 9:15 hesabı ilə uduzub. Qrupda keçirdyi 6 görüşdən 5-ni qalib başa vuran Anna Başta isə pley-offda yaponiyalı Marino Kimuranı 15:7 hesabı ilə üstələyib. Anna 1/32 finalda İtaliya idmançısı Arianna Erriqoya 7:15 hesabı ilə məğlub olub. Qrup mərhələsini 4 qələbə ilə bitirən Valeriya Bolşakova isə pley-offda keçirdiyi ilk görüşdə Koreya Respublikası təmsilçisi Yesol Yanqa 15:7 hesabı ilə qalib gəlsə də,növbəti mərhələdə ispan Laia Vila 10:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 2-də qalib gələn Sevil Bünyatova isə mübarizəni erkən dayandarıb. 

Müəllif: Məsim MƏSİMZADƏ