Cəbrayılova macara məğlub oldu: Minsk 2019

ESTAFET/ Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin yeganə qadın boksçusu Məryəm Cəbrayılova bu gün mübarizəyə qoşulub.
69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz macarıstanlı Vivyen Budai ilə üz-üzə gəlib. Gərgin keçən döyüş macar boksçunun qələbəsi ilə yekunlaşıb.
