Çələbiyev mübarizəni dayandırdı: Minsk 2019

ESTAFET/ Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib. “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri davam edir.

Azərbaycan yığmasının daha bir üzvü yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Dünya çempionumuz 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu gün daha bir Azərbaycan boksçusu 1/4 final döyüşünü keçirəcək. Alfonso Dominqes (81 kq) rinqə çıxacaq. Lorenzo Sotomayor (69 kq) isə artıq yarımfinala yüksəlib. 

Müəllif: Orxan NOVRUZOV