“Qarabağ” Avstriyada son məşqinə çıxdı
ESTAFET/ “Qarabağ” bu gün Avstriyada son məşqinə çıxıb. Son hazırlıq yerli vaxtla 18:00-da (Bakı saatıyla 20:00) start götürüb və təxminən 90 dəqiqə davam edib.
Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
Qeyd edək ki, “Qarabağ” iyulun 8-də Albaniyanın Tirana şəhərinə yollanacaq. Ağdam klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" ilə məhz bu şəhərdə qarşılaşacaq.