"Qarabağ" III mərhələdəki potensial rəqiblərini tanıdı
ESTAFET/ Qarabağ-ın futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi II raundda Dundalk (İrlandiya) səddini keçəcəyi təqdirdə, Sutyeska (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Dundolk-la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq.
“Qarabağ” İrlandiya klubuna uduzub Avropa Liqasında çıxışını davam etdirsə, bu zaman da Ağdam komandasının potensial rəqibləri bəllidir. “Qarabağ”ı Avroliqanın III təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Ferronikeli” (Kosovo) cütünün qalibi ilə matç gözləyir.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab matçları avqustun 15-də keçiriləcək.