Millimiz Latviyaya qalib gəldi

ESTAFET/ Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiya paytaxtı Moskvada təşkil olunan dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Azərbaycan yığması qrup mərhələsinin son turunda Latviya ilə üz-üzə gəlib. Oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Sabir Allahquliyevin dubl etdiyi oyunda digər qolu Amid Nazarov vurub.

Azərbaycan millisi ilk oyunda İspaniyaya 5:10 hesabı ilə məğlub olmuşdu. Ukrayna ilə ilk turun oyunu isə bu komandanın Moskvaya gəlməkdən imtina etməsi səbəbindən baş tutmamışdı. Bu üzdən də qazanılan nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələyə vəsiqə qazanıb. 

Müəllif: Natiq NƏSİROV