UEFA Əliyar Ağayevi Zaqrebə çağırdı

ESTAFET/ UEFA hakimlərə 2019-20 mövsümü üçün hazırlıq kursu təşkil edəcək. Ən yaxşı hakimlərin kursuna iyulun 31-də start veriləcək.

Zaqrebdə təşkil edəcək mövsümöncəsi toplanışa Elit və I kateqoriyalı kişi və qadın referilər dəvət edilib. Elit kateqoriyadan 42, I kateqoriyadan isə 65 hakim hazırlığa qatılacaq. Onlar arasında azərbaycanlı FIFA referisi Əliyar Ağayev də olacaq.

Kurs dönəmində bir qrup hakim də videotəkrar (VAR) sistemi üzərində işləyəcək.

Qeyd edək ki, toplanış avqustun 2-dək davam edəcək. 

Mənbə: Matc.az

Müəllif: Natiq NƏSİROV