“Keşlə”nin ilk sınaq matçının başlama saatı açıqlandı

ESTAFET/ “Keşlə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir. Bakı təmsilçisinin qardaş ölkədəki hazırlıq çərçivəsində keçirəcəyi ilk sınaq matçının başlama saatı müəyyənləşib.

Tərlan Əhmədovun çalışdırdığı kollektiv iyulun 31-də Türkiyənin 1-ci liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.

“Keşlə” toplanış çərçivəsində bütövlükdə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər isə hələ bilinmir. 

Müəllif: Məsim MƏSİMZADƏ