“Səbail”in yoxlama oyunu ilə bağlı dəyişiklik

ESTAFET/ “Səbail”in Küveytin “Əl Samiyə” klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi, vaxtı və stadionu texniki səbəbdən dəyişdirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyun əvvəlcədən xəbər verildiyi kimi, avqustun 1-də deyil, sabah – avqustun 2-də, Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 17:30-da başlayacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ