“Qarabağ” “Dandalk”ı darmadağınla keçdi

ESTAFET/ Azərbaycan çempionu “Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam klubu 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiya çempionu “Dandalk”la cavab matçına çıxıb.

Bu komandalar arasında bir həftə öncə səfərdə keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatmışdı. Bu üzdən də Qurban Qurbanovun yetirmələrinə mərhələ adlamaq üçün ya qolsuz heç-heçə, ya da mütləq qələbə qazanmaq lazım idi.

“Dalğa Arena” keçiriləcək qarşılaşma Azərbaycan çempionunun qələbəsiylə yekunlaşıb. Qurbanovun yetirmələri bu rəqibi 3 cavabsız qolla məğlub edib. Qollardan ikisinə isə bu gün doğum gününü qeyd edən komandanın yeni transferi Xayme Romero imza atıb.

“Qarabağ” növbəti mərhələdə Kiprin APOEL komandası ilə qarşılaşacaq. “Dandalk” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində Slovakiya “Slovan”ı ilə mübarizə aparmalı olacaq.


UEFA Çempionlar Liqası, 2019/2020 mövsümü
II təsnifat mərhələsinin cavab oyunu

31 iyul 2019

Qarabağ - Dandalk 3:0
Qollar: Romero 12, 87, Aylton 76
Hakimlər: Sveyn Moen, Maqnus Lundberq və İsaak Başevkin, Siqurd Krinqstad (hamısı Norveç).
Hakim-inspektor: Sabri Çelik (Türkiyə).
UEFA nümayəndəsi: Adonis Prokopiou (Kipr).
Mərdəkan. “Dalğa Arena”

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandalk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 3. Brayan Qartlend, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert. 

Müəllif: Natiq NƏSİROV