III turun ən yaxşısı Dani Kintanadır: APL - 2019/2020
ESTAFET/ “InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün III turunun ən yaxşı futbolçusu məlum olub.
Bu, 362 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. İspan oyunçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb.