"Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat yolu
ESTAFET/ 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında 5 kateqoriya üzrə ümumilikdə 172 badmintonçu turnirin medalları uğrunda yarışacaq. Kişi və qadınların şəxsi yarışında 38 badmintonçu Dünya Badminton Federasiyasının reytinqinə əsasən Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaq. Kişi və qadınların qoşa yarışında,qarışıq-qoşa cütlərdə isə 16 cüt olimpiadada mübarizə aparacaq. Bütün kateqoriyalarda 1 yer evsahibi Yaponiyaya, digər 3 vəsiqə isə Beynəlxalq Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək. Olimpiadaya yollanacaq badmintonçuların adlarına 2020-ci ilin 30 aprel tarixində açıqlanacaq dünya reytinq siyahısından sonra aydınlıq gələcək. Bütün kateqoriyalarda hər qitədən minimum 1 iştirakçı olimpiya oyunlarında təmsil olunmalıdır. Əgər 30 apreldə açıqlanacaq siyahıda hər hansı qitədən təmsilçi yer almazsa, o zaman Dünya Badminton Federasiyasının reytinq cədvəlində həmin qitənin ən yüksək reytinqli idmançısına (qoşa yarışlarda cütlərə) olimpiadada iştirak hüququ yaradılır. Olimpiya təsnifat turnirləri 29 aprel 2019-26 aprel 2020 tarixlərini əhatə edir. Dünya Badminton Federasiyasının reytinq siyahısı: https://bwfbadminton.com/rankings/?fbclid=IwAR3BsPTATYIz2Ud-esmB3QTXaKY41AOcB1EugsqU39lLyM9Op7xkaTaurBM