Yeniyetmə və gənclər İranda uğurla çıxış etdilər
ESTAFET/ Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş və 3 bürünc qazanmaqla medalların sayını altıya çatdırıblar.
Turnirin növbəti günləri Hüseyn Hüseynzadə (16-17 yaşlı gənclər, -76 kq) qızıl, Tural Balcanlı (kata) isə bürünc mükafata layiq olub. Böyüklərin yarışında Nuri Əliyev (-60 kq), Samir Məmmədov (-75 kq) və Əli Cəfərov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən veriblər.
Xatıqladaq ki, turnirin ilk günləri Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, -52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşl yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşl yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.
Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.
20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"-də 12 ölkədən 412 karateçi iştirak edib.
Yarış həm də yeniyetmə və gənclər milli komandasının baş məşçqisi Anar Allahverdiyevin rəhbərliyi ilə oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyıb.