Samit Nuruzadə öz sözünü dedi

ESTAFET/ Basketbol üzrə Azərbaycan Superliqasının 8-ci turun ilk oyununda "Xirdalan" BK "Atletik" BK ilə qarşılaşırdı. Kəskin mübarizə şəraitində keçən görüşün 3-cü hissəsinin axırında Ramiz Quliyevin ard-arda hədəfə yetən 3 xallıq atışları "Xırdalanı" önə çıxartdı 46:41.

4-cü hissədə isə Samit Nuruzadənin yetirmələri təşəbbüsü əldən verməyərək oyunu qələbə ilə başa çatdırdılar 64:57.

Beləliklə "Xırdalan" ötən turdakı məğlubiyyətdən sonra toparlanaraq turnir cədvəlində mövqeyini yaxşılaşdıraraq ölkə birinciliyində 4-cü yerdə qərarlaşdı.

Müəllif: Məsim MƏSİMZADƏ