"Üzləşdiyi ən böyük təhlükəyə səbəb insanın özüdür": Arif Rəhimov

ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti dünən keçirdiyi brifinqlə yeni strategiyaya keçmələri ilə bağlı ictimaiyyətə məlumat vermişdi. Bununla əlaqədar BŞH-nin icraçı direktoru Arif Rəhimov hər kəsə bu hərəkata qoşulmaları üçün çağırış edib:
“Bu sirr deyil ki, indiki dövrdə insanlığın üzləşdiyi ən böyük təhlükəyə səbəb yenə insanın özüdür. Buna görə əməliyyat şirkəti olaraq inanırıq ki, iqlim dəyişikliyinin gözəl planetimizə verdiyi zərəri azaltmaq üçün öz üzərimizə düşəni etmək olduqca əhəmiyyətlidir. Mən buna tam əminəm ki, hərəkətlər sözlərdən daha təsirlidir və ona görə də yeni təşəbbüsümüzdən yola çıxaraq deyə bilərəm ki, bu gündən etibarən şirkətimiz üçün yalnız yaşıl düşünmək yox, həm də yaşıl hərəkət etmək böyük önəm daşıyır. Biz Formula 1 ictimaiyyətinin tərkib hissəsi olan bütün dostlarımızı və tərəfdaşlarımızı, eynilə Formula 1 azarkeşlərini tullantılara qarşı birgə mübarizəyə və gələcək nəsillərə daha parlaq gələcək bəxş etmək üçün var gücümüzlə çalışmağa dəvət edirəm”.
