Millimiz Ermənistanla bir qrupda

ESTAFET/ Dekabrın 10-da Freyzinqdə (Almaniya) yeniyetmə oğlanlar arasında U16 Avropa Çempionatı C Divizionunun (Priştina, Kosovo) və kişilər arasında kiçik ölkələrin Avropa Çempionatı C Divizionunun (Limerik, İrlandiya) püşkatma mərasimi keçirilib.
Püşkatmada FIBA Avropanın Prezidenti Turqay Dəmirəl, FIBA Avropanın icraçı direktoru Kamil Novak iştirak ediblər.
Püşkatmanın nəticəsinə görə, kişilərdən ibarət millimiz B qrupunda meydan sahibləri ilə yanaşı Ermənistan və Andorra komandalaı ilə mübarizə aparacaq.
Yeniyetmələrimiz isə Priştinada Uels, Andorra, Moldova və Şotlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaqlar.
