Kloppla müqavilə uzadıldı
ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının lideri olan “Liverpul” klubu baş məşqçisi Yurgen Kloppun müqaviləsinin müddətini artırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Alman mütəxəssislə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalanıb.
Klopp 2015-ci ildən “Liverpul”da baş məşqçilik edir.