Dopinq qaydaları haqda seminar keçirilib
ESTAFET/ Dərnəgül Voleybol Mərkəzində Dopinq qaydaları haqqında seminar keçirilib. Toplantıda 2019-2020 mövsümündə çıxış edəcək klubların həkim və məşqçi heyəti iştirak edib.
Seminar Azərbaycan Voleybol Federasiyasının baş həkimi Aynurə Qafarova tərəfindən aparılıb.
Görüşdə Dünya Antidoping və Azərbaycan Milli Antidoping Agentliklərinin qoyduğu qaydalar danışılıb və video çarx təqdim olunub.