"Xırdalan" BK favoriti məğlub etdi

ESTAFET/ Dekabrın 15-də Superliqanın 10-cu turunun 2 oyunu keçirilib. İlk qarşılaşmada "Atom" BK rəqibə heç bir şans verməyərək "Sıçrayış"ı böyük hesabla məğlub etdi 94:62 (25-14, 22-13, 22-23, 25-12).

İkinci qarşılaşmada güçlü qarşıdurma gözlənilirdi. Amma Superliqanın çempionluğu uğrunda mübarizə aparan "Gəncə" BK bu dəfə büdrədi. Gəncəlilər yalnız oyunun 1-ci və 4-cü hissələrində "Xırdalan"a dirəniş göstərə bildilər. Ümumi nəticəyə gəldikdə isə "Gəncə" BK rəqibə 20 xal fərqi ilə uduzdu 75:95 (21-24, 14-24, 19-26, 21-21) Cəbrail Əkbərov ("Xırdalan" BK) qazandığı 27 xalla komandasının ən məhsuldar oyunçusu oldu.

Müəllif: Məsim MƏSİMZADƏ