"Sərkərdə" məğlub oldu

ESTAFET/ Basketbol üzrə kişilər arasında Azərbaycan Superliqasının 10-cu turunun ilk qarşılaşmasında "Zirvə" BK "Sərkərdə" ilə üz-üzə gəldi.
"Sərkərdə" BK yalnız 1-ci hissədə "Zirvə"yə müqavimət göstərə bildi. Qalan hissələrdə çempionatın lideri rəqibə heç bir şans verməyərək inamlı qələbəyə imza atdı 103:86 (21-20, 25-16, 26-15, 31-35). Bu oyunda "Zirvə"nin amerikalı legioneri Çarlz İton möhtəşəm basketbol sərgiləyərək komandasına 38 xal qazandırdı.
