Superliqada oyunların vaxtı dəyişdirildi

ESTAFET/ Basketbol üzrə kişilər arasında Azərbaycan Superliqasının 10-cu turunun oyunlarının keçirilmə vaxtında dəyişikliklər edilib. Belə ki, idman arenasında yaranan texniki səbəblərə görə, "Atom" BK - "Sıçrayış" BK və "Gəncə" BK - "Xirdalan" BK oyunları dekabrın 15-də, "80"lər - "Atletik" BK oyunu isə gələn həftə keçiriləcək.
