"Zirə" və "Neftçi" 800 manat cərimələndi

ESTAFET/ İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Səbail” matçında “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Müəllif: Orxan NOVRUZOV