“Zirə” Türkiyə toplanışına start verdi
ESTAFET/ Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Zirə” bu gündən etibarən Türkiyə toplanışına start verib. Zaur Həşimovun çalışdırdığı kollektiv artıq qardaş ölkədə ilk məşqə də çıxıb.
“Qartallar” Antalyada “İC Santai” otelində məskunlaşıb. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq.
Qəsəbə təmsilçisi yanvarın 22-də Bakıya dönəcək.