Yeniyetmə və Gənclər Xorvatiya "Gran Prisi"-sində
ESTAFET/ Yeniyetmə və gənclərdən ibarət milli komandamız bu gündən etibarən Xorvatiyanın Samobor şəhərində strat götürəcək 29-cu beynəlxalq "Gran Pri" turnirinə yollanıb. Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətə 32 idmançı cəlb olunub. Turnir 3 gün davam edəcək.
14-15 yaşlı yeniyetmələrdə 10 idmançımız, 16-17 yaşlı gənclərdə 14 karateçimiz, 18-21 yaşadək gənclər arasında isə 7 təmsilçimiz mübarizə aparacaq. Daha bir idmançımız böyüklərin turnirinə qatılacaq. Karateçilərimizdən 4 nəfəri kata yarışlarında, qalan 28 idmançımız kumite yarışında çıxış edəcək.
Qadınların baş məşqçisi Denis Morozovdan əlavə, kata üzrə böyük məşqçi Anar Əhmədov da komanda ilə bir yerdədir. Xorvatiyada nüfuzlu ənənəvi turnirə böyük heyətlə yollanmaqda məqsəd, 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə çıxış edəcək əsas heyəti təyin etməkdir. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edəcək.