U-19-un üzvləri üçün test

ESTAFET/ Bakı Olimpiya stadionunun süni meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərindən fiziki test normativləri götürülüb. Aşağı yaş qrupu üzrə yığma komandaların fiziki hazırlıq üzrə məşqçisi Vladimir Mrdakoviç tərəfindən keçirilən və iki gün davam edən testlər zamanı futbolçuların güc, dözümlülük, koordinasiya və hündürə tullanmaq keyfiyyətləri yoxlanılıb.

Müəllif: Məsim MƏSİMZADƏ