2 futbolçu millinin heyətindən kənarlaşdırılıb
ESTAFET/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.
Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.