“Yuventus”da futbolçuların koronavirus testlərinin nəticəsi açıqlandı

ESTAFET/ İtaliya çempionu “Yuventus”da futbolçulardan götürülən koronavirus testinin nəticələri açıqlanıb. Turin təmsilçisinin heyətində yalnız öncədən koronavirusa yoluxduğu açıqlanan üç futbolçuda testlərin nəticəsi pozitiv çıxıb. 

Bunlar Daniele Ruqani, Blez Matuidi və Paulo Dibaladı. Qalan bütün oyunçulardan, həmçinin portuqaliyalı hücumçu Kristiano Ronaldodan götürülən testin nəticəsi isə neqativ çıxıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Ronaldo da daxil olmaqla “Yuventus”un əksər əcnəbi futbolçuları öz ölkələrinə yollanıblar.

Müəllif: Orxan NOVRUZOV