"Atalanta"nın daha iki nümayəndəsi koronavirusdan öldü

ESTAFET/ "Atalanta"nın daha iki nümayəndəsi koronavirusdan ölüb. Klubun rəsmi saytı skaut Albino Bronyi və gənclər komandasının massajçısı Severino Possentinin pandemiya səbəbindən vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, bu "Atalanta"nın işçiləri arasında ilk ölüm hadisəsi deyil. Bundan əvvəl gənclər komandasında çalışan Enso Marando və Enzo Donina koronavirusdan dünyalarını dəyişmişdi.
